Ehtiram Quliyev AFFA prezidentliyinə namizədliyini verəcək? - Özü açıqladı

Ehtiram Quliyev AFFA prezidentliyinə namizədliyini verəcək? - Özü açıqladı

Misli Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Zirə" oyunundan sonra Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev jurnalistlərin suallarını cavablandırıb.

O, Fanat.Az-ın əməkdaşının da qatıldığı brifinqdə bir sıra məqamlara toxunub.

Quliyev AFFA prezidentliyinə namizədliyini verəcəyi ilə bağlı yayılan informasiyaları yalanlayıb: "Mətbuatda yazıldığından xəbərim var.  Bu məlumatı gülərək qarşıladım. Əsla! Bizim namizədliyimiz söhbət mövzusu ola bilməz. Hər şeydən öncə vaxtımız məhduddur. Bu, çox məsuliyyətli işdir. Belə məsuliyyətli işin altına girməyə hazır deyilik. "Turan Tovuz"u sevirik. Bu sevgini heç bir şeyə dəyişmərik. Hazırki AFFA prezidenti Rövnəq Abdullayev namizədliyini versə, onu dəstəkləyəcəyik" .

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər