Edersonun İstanbul nəhənginə keçəcəyi dəqiqləşdi - MƏBLƏĞ

Edersonun İstanbul nəhənginə keçəcəyi dəqiqləşdi - MƏBLƏĞ

"Mançester Siti"nin qapıçısı Edersonun karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbə tərəflərin razılığa gəldiklərini vurğulayıb. Məlumata görə, bu transfer İstanbul klubuna 13-14 milyon avroya başa gələcək.

Ederson 2017-ci ildən Mançester təmsilçisinin formasını geyinir. Braziliyalı qolkiperin "şəhərlilər"lə müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, bu mövsüm İngiltərə Premyer Liqasının ilk iki turunda MS-in qapısını Ceyms Trafford qoruyub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər