Eddi İsrafilov: "Azərbaycan yığmasına ona görə getmədim ki..."

Eddi İsrafilov: "Azərbaycan yığmasına ona görə getmədim ki..."

Eddi İsrafilov milli komandamıza gəlişindən danışıb. Fanat.az xəbər verir ki, "Qranada"nın rəsmi saytına açıqlama verən futbolçu bir il əvvəl təklifi qəbul etməməsinin səbəbini açıqlayıb:

"Ötən il ikinci liqada mübarizə aparırdım və milli komandanın bəzi oyunları komandamın oyunları ilə eyni vaxta düşürdü. Oyunların çoxunu buraxmaq istəmirdim. Ona görə də keçən il bu barədə qərar vermədim. Fikrimcə, bu il milli komandaya getməyin əsl vaxtı idi. Çalışacam ki, öz üzərimdə işləyim və komandama kömək edim. Əgər oynasam, yenidən milliyə dəvət alacağıma inanıram".

Eddi La Liqada növbəti 3 turda qarşılaşacaqları "Real", "Selta" və "Almeriya" oyunları haqda da fikirlərini bildirib: "Almeriya" və "Selta" kimi komandalarla başabaş mübarizə aparacağıq. Bu oyunda mütləq qələbə qazanmalıyıq. "Real"la oyuna gəlincə, biz səfərə ölüm-dirim mübarizəsi üçün gedirik və Madriddə bacardığımızı meydanda qoymalıyıq. Qazanacağımız bir xal da bizim üçün uğurdu".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər