Dünyanın ən yaxşı 3 şahmatçısından biri azərbaycanlı oldu

Dünyanın ən yaxşı 3 şahmatçısından biri azərbaycanlı oldu
Beynəlxalq Şahmat Federasiyası (FİDE) dekabr üçün reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, kişi şahmatçıların siyahısında Şəhriyar Məmmədyarov müstəqillik tariximizdə ilk dəfə dünyanın 3 ən güclüsü sırasında yer alıb. Ötən ayla müqayisədə 1 pillə irəliləyən qrossmeyster 2799 xalla Maqnus Karlsen (Norveç, 2837) və Levon Aronyanı (Ermənistan, 2805) izləyir.
 
Teymur Rəcəbov 17-ci (2748), Rauf Məmmədov 40-cı (2709), Arkadi Naydiç 43-cü (2705) pillədə yer alıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər