Dünyada ən çox türk fanatı olan Azərbaycan klubu

Dünyada ən çox türk fanatı olan Azərbaycan klubu

Türkiyənin "Hurriyət" qəzetində maraqlı yazı dərc olunub. Fanat.Az xəbər verir ki, "Dünyanın ən çox türk tərəfdara sahib olan klubu" başlıqlı yazıda "Traktorsazi"dən bəhs edilir. Yazının maraqlı hissələrini təqdim edirik: 

Türkiyədə ən çox hansı komandanın azarkeşi var" sualı ölkəmizdəki futbol söhbətlərinin vazkeçilməz mövzularından biridi. Bu sual xüsusən "Fənərbaxça" və "Qalatasaray" azarkeşləri arasında böyük bir iddia mövzusudu. Ancaq həqiqət çox fərqlidi. Dünyada ən çox türk fanata sahib olan klub nə "Fənərbaxça", nə də "Qalatasaray"dı...

Bu klub İranda fəaliyyət göstərir. Adi isə "Traktorsazi"di. Klub İranın Şərqi Azərbaycan ostanın paytaxtı Təbrizdə qurulub. Rəngləri qırmızı və ağ olan futbol klubunun ləqəbi "qırmızı qurdlar"dı.

Dünyada ən çox türk fanatı olan Azərbaycan klubu

İrandakı türkdilli xalqların simvolu olaraq qəbul edilən "Traktorsazi"nin oyunlarını orta hesabla 80 min nəfər izləyir.

"Traktorsazi" Türkiyədə o qədər tanınmasa da, 30 milyon azarkeşi ilə "dünyanın ən çox türk fanatı olan klubu" adına sahibdi. 

"Traktorsazi" azarkeşliri komandanı "İranın Barselona"sı adlandırır. Tribunalarda açdıqları "Cənubi Azərbaycan İran deyil" pankartı ilə diqqəti çəkən klub bu mənada "Barselona" azarkeşlərinin İspaniyaya münasibətini sərgiləyir".

Dünyada ən çox türk fanatı olan Azərbaycan klubu

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər