Dünya ulduzu "Formula 1" üçün Bakıda konsert verəcək

Dünya ulduzu "Formula 1" üçün Bakıda konsert verəcək
Məşhur müğənni Enrike İqlesias bu yay Azərbaycanın paytaxtında baş tutacaq Avropa Qran Prisi 2016-cı il "Formula 1" yarışı çərçivəsində Bakıya gələcək.
  
İspan müğənni, bəstəkar və prodüser Bakıda "Formula 1" izləyicilərinə konsert verəcək. Müğənninin nə qədər pul müqabilində Bakı səfərinə razılıq verdiyi məlum deyil. Məşhur müğənni iyunun 18-də, 19.30-da Dənizkənarı bulvarda sevənlərinin qarşısına çıxacaq. 
Qeyd edək ki, "Formula 1" tədbir çərçivəsində 17-19 iyun 2016-cı il tarixlərini əhatə edən yarış həftəsonu ərzində bolidlər Bakının gözoxşayan mərkəzi küçələrindən keçəcəklər. Tədbir üçün alınan bilet 3 günlük "Formula 1" yarışının sərbəst yürüşlərini, təsnifat mərhələlərini, bazar günündə baş tutacaq əsas yarışı və axşam konsertlərini izləməyə imkan verəcək. Bu biletlərə sahib olanlar yarış həftəsonu ərzində "Formula 1" Şəhərciyində salınacaq müxtəlif əyləncə yerlərinə və ticarət zonalarına daxil ola biləcəklər.(baku.ws)
Dünya ulduzu "Formula 1" üçün Bakıda konsert verəcək
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər