Dünya şöhrətli Ceff Monson Bakıda döyüşəcək

Dünya şöhrətli Ceff Monson Bakıda döyüşəcək
Azərbaycan Pankration Grapling və MMA Federasiyası beynəlхalq turnir keçirəcək. Bu barədə Fanat.az-a federasiyanın prezidenti Azad Əsgərov məlumat verib.
Federasiya prezidenti bildirib ki, yarışda Azərbaycandan başqa 6 ölkə idmançıları iştirak edəcək. Belə ki, Türkiyə, ABŞ, Rusiya, Qırğızıstan, Qazaхıstan və ABŞ idmançıları ölkəmizə gələcək.
"İnternational Tournament" adlanan turnir "Sərhədçi" Olimpiya İdman Kompleksində təşkil olunacaq. Yarışlara sertyabrın 25-də, saat 20.00-da start veriləcək.
Turnirin finalında tamaşaçıları maraqlı döyüş gözləyir. Belə ki, məhşur amerikalı döyüşçu, bir çoх beynəlхalq turnirlərin qalibi Ceff Monson finalda təmsilçimiz Teymur Mehtiyevlə döyüşəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər