Dünya Seriyası: "Neftçi" Fransada növbəti sınağına çıxır

Dünya Seriyası: "Neftçi" Fransada növbəti sınağına çıxır

Fransanın Marsel şəhərində qadınlar arasında 3x3 basketbol üzrə Dünya Seriyasının 11-ci mərhələsi başlayır. 

Fanat.Az xəbər verir ki, bu gün start götürəcək yarışda ölkəmizi "Neftçi SOCAR" təmsil edir.

Erika Karter, Aoi Katsura, Dina Ulyanova və Nevena Vuçkovicdən təşkil olunan Bakı komandası A qrupunda əvvəlcə Macarıstanla üz-üzə gələcək. Görüş saat 19:30-da başlayacaq.

"Ağ-qaralar"ın növbəti rəqibi Slovakiya millisi olacaq. Görüş 21:35-də start götürəcək. 

Geridə qalan on mərhələnin nəticələrinə əsasən, "Neftçi SOCAR" 252 xalla ümumi sıralamada 6-cı yerdədir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər