Dünya Seriyası: "Neftçi SOCAR" Fransada növbəti sınağına çıxır

Dünya Seriyası: "Neftçi SOCAR" Fransada növbəti sınağına çıxır

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasında növbəti sınağına çıxır.

Fanat.Az xəbər verir ki, təmsilçimiz Fransanın Bordo şəhərində keçirilən “Bordeaux Women’s Series 2026” turnirində mübarizəyə başlayır. .  "Ağ-qaralar" yarışın ilk günündə iki oyun keçirəcək. Azərbaycan təmsilçisi əvvəlcə İtaliya ilə qarşılaşacaq ki, oyun Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Saat 23:15-də isə Çili yığması ilə duel olacaq. 

Qeyd edək ki, "Neftçi SOCAR" avqustun əvvəlində “Sea Breeze”də keçirilən turnirin 20-ci mərhələsində birbaşa əsas mərhələdən mübarizəyə qoşularaq qrupda "Arrasate" (12:10) və "Yantszin" (21:13) komandalarını üstələyib. Bu qələbələr sayəsində 1/4 finala yüksələn "ağ-qaralar" burada İspaniyanın “Madrid” komandası ilə qarşılaşıb. İspaniya təmsilçisi əlavə vaxtda 14:12 hesabı ilə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər