Beynəlxalq İdman Atıcılıq Federasiyası noyabrın 23-24-də Almaniyanın Münhen şəhərində seminar keçrib. Fanat.az xəbər verir ki, seminarda Qəbələ Atıcılıq Klubunun vitse-prezidenti Elvin İsmayılov, texniki meneceri Emin Cəfərov və Azərbaycan Atıcılıq federasiyasının vitse-prezidenti Hafiz Cəfərovda iştrak edib.
Seminar ərzində bütun olimpiya atıcılıq növləri üzrə, 2014 ildə Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Qran-Pri, Dünya Kubokunun finalı və 2015-ci ildə bir il sonra Rioda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Kuboku yarışlarının Qəbələdə keçirilməsi Beynəlxalq İdman Atıcılığı Federasiyası tərəfindən təstiq olunub.
Qeyd edək ki, 2015-ci il Dünya Kuboku yarışında 1600-1800 qədər idmançının 30 lisenziya uğrunda mübarizə aparacağı gözlənilir. Bu cür möhtəbər yarışlara tarixdə ilk dəfə olaraq məhz Qəbələ şəhəri ev sahibliyi edəcək. Bu da Azərbaycanın idman tarixində daha bir ilkin yazılması olacaq.
Fanat.az