İtaliya millisinin sabiq üzvü Kristian Zakkardo özünə internetdə yeni klub tapıb. Fanat.Az xəbər verir ki, 35 yaşlı mərkəz müdafiəçisi karyerasını Maltada davam etdirəcək.
Zakkardo yayda "LinkedIn" saytında yeni klub axtarması barədə elan yerləşdirmişdi. "La Gazzetta dello Sport"un məlumatına görə, futbolçu Maltanın "Hamrun Spartans" klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Zakkardo futbolçu karyerası ərzində İtaliyanın "Boloniya", "Speziya", "Palermo", "Parma", "Milan", "Karpi", "Viçenza", Almaniyanın isə "Volfsburq" klublarında çıxış edib. O, 2008-ci ildə "Palermo"dan "Vaolfsburq"a 7 milyon avroya transfer olunmuş və 2008/09 mövsümündə Almaniya çempionluğunu qazanmışdı.
2004-2007-ci illərdə İtaliya millisində çıxış edən mərkəz müdafiəçisi 17 oyunda 1 qol vurub. O, 2006-cı ildə Dünya çempionu olub.
Fanat.Az