Dorinel Muntyanu rəsmən "Qəbələ"də

Dorinel Muntyanu rəsmən "Qəbələ"də
"Qəbələ"nin yeni baş məşqçisi rəsmən müəyyənləşib. Fanat.az xəbər verir ki, Dorinel Muntyanu ilə bir illik müqavilə imzalanıb. Rumın mütəxəssisin imza mərasimi "Qəbələ"nin Sloveniyadakı təlim-məşq düşərgəsində baş tutub. 
Qeyd edək ki, futbolçu karyerası ərzində Rumıniya, Belçika və Almaniya klublarında oynamış Dorinel Munteanu 2009-cu ildə yaşıl meydanlarla vidalaşıb. Bu müddətdə o, iki dəfə Rumıniya çempionluğunu və bir dəfə Balkan Kubokunu qazanıb, 134 dəfə milli komandanın formasını geyinib və 16 qol vurub. 
Muntyanu məşqçiliyə futbolçu karyerasını bitirmədən - 2005-ci ildən başlayıb. O, 2005-2009-cu illərdə ÇFR, "Argeş", "Vasluy", "Universitatea" (Kluj) və "Styaua"da oynayan-məşqçi olub. 45 yaşlı mütəxəssisin məşqçi kimi ən uğurlu dönəmi "Otselul"da olub. Belə ki, 2009-2012-ci illərdə Qalati klubuna başçılıq edən Muntyanu komandanı Rumıniya çempionu və Superkubokunun qalibi edib. Beləliklə, "Otselul"un tarixində ilk və hələlik sonuncu dəfə çempionluğu, həmçinin Superkuboku qazanıb.
Muntyanu 2012-ci ildə Buxarest "Dinamo"sunu, 2012-2013-də Rusiyanın "Mordoviya", 2013-də "Kuban" klublarını çalışdırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər