Donnarumma: "Milan"da böyümüşəm, yeni macəralara hazıram"

Donnarumma: "Milan"da böyümüşəm, yeni macəralara hazıram"
"AVRO-2020-də qazandığımız qələbə və PSJ-yə keçdiyim üçün emosiyalar burulğanındayam".
Fanat.Az xəbər verir ki, bunu azad agent qismində Paris təmsilçisiylə müqavilə bağlayan Canluici Donnarumma deyib.
Müddəti 2026-cı ilin 30 iyun tarixində başa çatacaq anlaşmaya qol çəkən qapıçı klubun mətbuat xidmətinə açıqlama verib:
"PSJ böyük tarixə malik, əla klubdur. Bura komandanın qələbələr qazanmasına yardımçı olmaq üçün gəlmişəm. Oyunçu kimi "Milan"da böyümüşəm və indi yeni macəralara hazıram. Yeni həyat səhifəsi açıram. Hədəfim daha çox təcrübə toplamaq, məşqlərdə durmadan çalışıb "artırmaqdır". Mümkün qədər çox qələbə qazanmaq, azarkeşlərimizi sevindirmək istəyirəm".
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər