Donnarumma diskvalifikasiya edildi

Donnarumma diskvalifikasiya edildi

PSJ-nin qapıçısı Canluici Donnarumma Liqa 1-in qarşıdakı 2 oyununda meydana çıxa bilməyəcək.

Fanat.Az Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Fransa çempionatının 14-cü turu çərçivəsində "Havr"a qarşı keçirdikləri matçın (2:0) 10-cu dəqiqəsində aldığı qırmızı vərəqəyə görə 2 oyunluq diskvalifikasiya edilib.

24 yaşlı qolkiper "Nant" (9 dekabr) və "Lill"ə (17 dekabr) qarşı görüşləri kənardan izləyəcək.

Xatırladaq ki, Donnarumma "Havr"la matçda rəqibin sinəsinə açıq ayaqla zərbə endirdiyi üçün meydandan qovulmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər