Dodo: "Qəbələ"də hədəflərim böyükdü"

Dodo: "Qəbələ"də hədəflərim böyükdü"
"Qəbələ" azarkeşlərinin sevgisini qazanan, onlar tərəfindən daim diqqət mərkəzində saxlanan Dodo XIV turun AZAL-la görüşündə bölgə klubunun heyətində Premyer Liqada 75-ci oyununa çıxıb. Bu oyunlar ərzində 14 dəfə fərqlənən braziliyalı "qırmızı-qara" formanı ən çox geyinən futbolçulardandı. 
Fanat.az xəbər verir ki, yubiley matçını qələbə ilə qeyd edən Dodo növbəti tur - "Rəvan"la səfər oyunu öncəsi fikirlərini klubun rəsmi saytı ilə bölüşüb: "Çox veinirəm ki, "Qəbələ"də 3-cü mövsümümü keçirirəm. Artıq çempionatda 75 matçda meydançada yer almışam. "Qəbələ" mənimçün çox doğmalaşıb. Amma bu klubda hədəflərim böyükdü. Qəbələdə daha böyük yubileylər qeyd etmək istərdim". 
Dodo azarkeşlərlə münasibəti barədə danışıb: "Azarkeşlərimizi çox sevirəm. Onlarla özəl münasibətimiz var. Meydançada və meydançadan kənarda etdiklərimiz bizim sevilməyimizi və ya əksinə nifrət qazanmağımızı şərtləndiri. Mən pozitiv insanam, daim gözəl şeylər barədə düşünürəm. Meydançada təslim olmağı sevmirəm, komandam üçün sona kimi ürəklə döyüşürəm. Bu faktorlar azarkeşlər üçün çox vacibdi". 
Braziliyalı komandanın çıxışı və "Rəvan"la oyun barədə fikirlərini bildirib: "Qəbələ" ildən ilə dəyişir, inkişaf edir. Komandamızın heyətinə güclü futbolçular cəlb olunur. Təcrübəli və hər dəfə yeni bir şey öyrəndiyimiz baş məşqçimiz var. İnanıram ki, bu kollektivlə böyük uğurlara imza atacağıq. O ki, qaldı növbəti oyuna - "Rəvan"la qarşılaşmaya rəqibimiz aşağı pillələrdə olsa da, son turlarda daha yaxşı oyunla yadda qalır. Bizi çətin və gərgin matç gözləyir. Bakıya 3 xal dalınca yollanacağıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər