Almaniyanın II Bundesliqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Karlsruher" "Neubrandenburq 04"ün qonağı olub.
Oyun "Karlsruher"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Nazarov 71-ci dəqiqədə meydana çıxıb və Manuel Torresi əvəzləyib. Bununla da o, yeni mövsümdə ilk oyununu keçirib.
Qeyd edək ki, "Karlsruher" 2 oyundan sonra 4 xalla 1-8-ci yerləri bölüşür. Nazarov milli komandamızın Özbəkistanla oyununa çağırılıb.
Fanat.az