"İstər Azərbaycanda oynayım, istər Mozambikdə, hər halda futbolla məşğuluq, yumru əşya dalınca qaçırıq". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın CAR yığmasına çağırılan üzvü Dino Ndlovu deyib.
CAR millisinin baş məşqçisi Stüart Bakster əvvəllər Ndlovuya dəvət göndərməməsini onun Azərbaycan çempionatında çıxış etməsi ilə əlaqələndirib. Hücumçu Baksterin açıqlamasına hörmətlə yanaşdığını söyləsə də, harada çıxış etməsini önəmli saymayıb: "Çempionlar Liqasındakı çıxışım mənə kömək etdi. Baksterlə faydalı telefon söhbətim oldu. O, mənə yığmaya necə uyğunlaşacağımı söylədi. Amma söhbət təkcə məndən yox, bütün ölkədən, komandamızı dəstəkləməyə gələcək azarkeşlərdən gedir. Qrupda elə bir mövqedəyik ki, oradan həftəsonu aralanmalıyıq. Milli komandanın formasını geyinmək mənim üçün hər zaman böyük şərəfdi. Rusiyaya yollanacağımıza inanmasaq, həftəsonu oyuna çıxmağımız əhəmiyyətsizdi. Yığmaya çağırılan futbolçularla qələbə qazanmağa qadir olduğumuzu düşünürəm".
Qeyd edək ki, CAR yığması oktyabrın 7-də "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində Burkina-Faso ilə qarşılaşacaq. Bu komandalar arasında ötən il oktyabrın 8-də Burkina-Fasoda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Həmin vaxt meydan sahiblərini uzatma dəqiqələrində məğlubiyyətdən xilas olublar. Hazırda qrup lideri Burkina-Fasonun 4 oyundan 6, CAR-ın isə 3 oyundan 1 xalı var.
CAR millisinin ehtiyatda Seneqalla oyunu da var. Bu görüş ötən il keçirilsə də, nəticəsi ləğv olunub və yeni tarix kimi 10 noyabr müəyyənləşdirilib.
Fanat.Az