Diniyevə 9 oyun cəza, "Simurq"la "İnter"ə 15 min cərimə

Diniyevə 9 oyun cəza, "Simurq"la "İnter"ə 15 min cərimə
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının qalmaqallı "Simurq" - "İnter" matçı ilə bağlı qərarlar qəbul ediblər. İntizam Komitəsinin qərarlarını olduğu kimi təqdim edirik:
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Simurq” - “İnter” matçının 84-cü dəqiqəsində “İnter” klubunun futbolçusu Coşqun Diniyev qol vurduqdan sonra rəqibin azarkeşləri olan tribunaya tərəf qaçaraq azarkeşlərə qeyri-etik jest göstərib. Bu hadisədən sonra azarkeşlər meydana daxil olub və hər iki klubun futbolçuları və azarkeşlər arasında münaqişə baş verib. Baş vermiş insident aradan qaldırıldıqdan sonra oyunun bərpa edilib. İntizam Komitəsi yuxarıda qeyd edilənləri nəzərə alaraq aşağıdakı qərarları qəbul edir:
- Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 500 manat cərimə olunur.
- Oyun zamanı təhlükəsizlik təmin olunmadığı üçün “Simurq” klubu 2500 manat cərimə olunur.
- Klub üzvlərinin iştirakı ilə oyunda yaranmış məcburi fasilə və baş vermiş iğtişaşlara görə hər iki klub 1500 manat cərimə olunur.
- “Simurq” klubunun futbolçusu Sahib Abbasov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 1500 manat cərimə olunur.
- “İnter” klubunun futbolçusu Fərhad Budaqov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 1500 manat cərimə olunur.
- “Simurq” klubunun inzibatçısı Mahmud Rasizadə dava-dalaşda iştirak etdiyinə görə 10 oyunluq cəzalanır, klub 3000 manat cərimə olunur.
- Baş vermiş hadisənin səbəbkarı  “İnter” klubunun futbolçusu Çoşqun Diniyev dava-dalaşda iştirak etdiyinə və azarkeşlərə qarşı qeyri-etik jestinə görə 9 oyunluq cəzalanır, klub 2500 manat cərimə olunur.
- Bu hadisə ilə bağlı Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.
İntizam Komitəsi bu oyuna görə iki klubu 15000 manat cərimə edib. Bunun 9000 manatı "Simurq", 6 mini isə "İnter"in payına düşüb.
Qeyd edək ki, komitə "Sumqayıt"ı "Rəvan"la oyunda 4 futbolçusu sarı vərəqə aldığına görə 500 manat cərimə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər