“Dinamo”dan Azərbaycan çempionatında daha iki qələbə

“Dinamo”dan Azərbaycan çempionatında daha iki qələbə

Kişi həndbolçuların Azərbaycan çempionatında daha altı qarşılaşma keçirilib.

Fanat.Az xəbər verir ki, əvvəlcə meydançaya “Bakı” və “Dinamo” komandaları çıxıblar.

Fasiləyə 15:13 hesablı üstünlüklə yollanan son çempion təşəbbüsü qoruya bilməyib. Baş mükafata iddialı olan “dinamoçular” vəziyyəti dəyişməyi bacarıblar. Rəqibin yüksək əzmkarlığına baxmayaraq, görüş “Dinamo”nun qələbəsi ilə başa çatıb – 28:26.

Çempionata inamla başlayan “Məhsul” komandası RİOEUGİM kollektivi ilə oyunda ciddi müqavimətlə üzləşməyib. Qarşılaşma “Məhsul”un 43:20 hesablı qələbəsi ilə nəticələnib.

U-16-nı sınağa çəkən  “İdman Akademiyası” isə böyük hesabla qələbə qazanıb – 49:18.

“Dinamo” və “Bakı” komandalarının 4-cü turdakı görüşü də maraqla gözlənilirdi. Bu oyunda da daha inamlı təsir bağışlayan “Dinamo” 31:23 hesabı ilə qalib gəlib.

Turun “Məhsul” - RİOEUGİM qarşılaşması 32:24, “İdman Akademiyası” – U-16 görüşü isə 55:20 hesabı ilə nəticələnib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər