Derbi öncəsi "İnter"ə şad xəbər

Derbi öncəsi "İnter"ə şad xəbər
"Neftçi" ilə oyun ərəfəsində "İnter" şad xəbər alıb. Fanat.az xəbər verir ki, bank klubunun iki zədəli futbolçusu sıraya dönüb.
Belə ki, komandanın əsas müdafiəçilərindən biri olan Brüs Abdullaye və qol silahı Baçana Tsxadadze artıq sağalıb. Hər iki futbolçunun "Neftçi" matçında meydana çıxması gözlənilir.
Əvəzində zədələri tam sağalmayan İlço Naumoiski, Laşa Salukvadze və İvan Benitezin paytaxt derbisində oynamayacağı deyilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər