Dənizli "Portu"ya gedən futbolçunu istəyir - rəsmi

Dənizli "Portu"ya gedən futbolçunu istəyir - rəsmi
Slavik Alxasovu heyətə cəlb edən “Xəzər Lənkəran”ın daha bir futbolçuya elçi düşdüyü rəsmən təsdiqlənib. Fanat.az xəbər verir ki, türk mütəxəssis “Sumqayıt”ın və 19 yaşadək futbolçulardan ibarət millimizin üzvü Orxan Əliyevi sərəncamına cəlb etməkdə maraqlıdı.
Artıq bununla bağlı futbolçuya təklif də gəlib. Yaxın günlərdə məsələyə növbəti dəfə baxılacaq. Orxanın “Xəzər Lənkəran”ın maraq dairəsində olduğunu “Sumqayıt”ın prezidenti Kamran Quliyev də təsdiqləyib. Quliyev bildirib ki, Orxana maraq göstərən klub təkcə “Xəzər Lənkəran” deyil.
Əlavə edək ki, yarımmüdafiə və hücum xəttində çıxış edən Orxan Portuqaliyanın məşhur “Portu” klubunun da izlədiyi gənclər arasındadı. O, Portuqaliya klubunda baxışdan keçmişdi.
futbol11.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər