Mustafa Dənizlinin Zaqatalaya getməməsi barədə xəbər vermişdik. Bakıda qalan "Xəzər Lənkəran"ın baş məşqçisi yeni mövsümə hazırlıqla bağlı işlər görür. Komandanı meydana isə yenə Oğuz Çətin çıxaracaq.
Fanat.az xəbər verir ki, Bakıda qalan Dənizli bu gün boş oturmayacaq. Belə ki, türk mütəxəssis turun mərkəzi oyunu olan "İnter" - "Qəbələ" matçını canlı izləyəcək. Ola bilər ki, baş məşqçi bu komandaların heyətində bəyəndiyi futbolçunu iş başınla görmək istəyir.
Fanat.az