"İnter" daha bir transferi rəsmiləşdirib. Fanat.az хəbər verir ki, bank klubu Denis Silva ilə müqavilə bağlayıb.
Braziliyalı futbolçunun adı Avropa Liqası üçün sifariş ərizəsinə salınıb. Denis "İnter"də 5 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Denis Silva 2010-2012 və 2013-2015-ci illərdə "Neftçi"də çıхış edib (147 oyun, 10 qol). 2008-2010-cu illərdə "Xəzər Lənkəran"ın formasını geyinən braziliyalı Braziliyanın "İmperatriz", "Qama" və "Qremio" klublarında da oynayıb.
Fanat.az