De Ketelare "Milan"ı digər İtaliya klubuna dəyişir

De Ketelare "Milan"ı digər İtaliya klubuna dəyişir

"Milan"ın yarımmüdafiəçisi Şarl de Ketelare 2023/2024 mövsümünü digər A Seriyası təmsilçisində keçirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, "Atalanta"  belçikalı futbolçunu sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə 1 mövsümlük icarəyə götürəcək. Mənbə tərəflərin artıq razılığa gəldiyini və Şarlın yaxın vaxtlarda tibbi müayinədən keçəcəyini vurğulayıb.

Qeyd edək ki, "Milan" de Ketelareni 2022-ci ilin yayında "Brügge"dən alıb. 35,5 milyon avro qarşılığında transfer edilən 22 yaşlı futbolçu "qırmızı-qaralar"ın heyətində sərgilədiyi oyunla ümidləri doğrulda bilməyib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər