DÇ: Azərbaycan yunan-Roma güləşçiləri ilk rəqiblərini tanıdı

DÇ: Azərbaycan yunan-Roma güləşçiləri ilk rəqiblərini tanıdı

Sabah İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı start götürəcək.

Fanat.Az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib. Nəticədə, Azərbaycan təmsilçilərinin də ilk rəqiblərinin adına aydınlıq gəlib.

55 kq

1/4 final

Nihad Quluzadə - Artyom Deleanu (Moldova) / Giorgi Toxadze (Gürcüstan)

60 kq

Təsnifat mərhələsi

Nihat Məmmədli - Oljas Sultan (Qazaxıstan)

63 kq

1/8 final

Ziya Babaşov - Endi Xuan Suç (İspaniya)

72 kq

Təsnifat mərhələsi

Qurban Qurbanov - Yanis Nifri (Fransa)

87 kq

1/8 final 

Laçın Vəliyev  - Andreas Vaelis (Estoniya)

130 kq

1/8 final

Sərxan Məmmədov - Damir Zuparov (Qazaxıstan)

Qeyd edək ki, sabah Nihad, Ziya, Laçın və Sərxan mübarizəyə başlayacaq. Görüşlər Bakı vaxtı ilə 13:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər