Davud Kərimi PTT 1-ci liqanı tərk etdi

Davud Kərimi PTT 1-ci liqanı tərk etdi
Davud Kəriminin çıxış etdiyi "Fəthiyəspor" PTT 1-ci liqanı tərk edib. Fanat.az xəbər verir ki, Kütahya təmsilçisi 2-ci liqaya düşüb.
"Fəthiyəspor" PTT 1-ci liqanı bu gün keçirilən son turunun oyununda "Qaziantep BB"ni 2:0 hesabı ilə yenib. Lakin "Boluspor" qələbə qazandığından, Kəriminin komandası 38 xalla 16-cı pilləni tutaraq aşağı liqaya yuvarlanıb. Bundan əvvəl "1461 Trabzon", "Tavşanlı Linyitspor" və "Kahramanmaraşspor" PTT 1-ci liqanı tərk etmişdi.
Qeyd edək ki, "Qaziantep BB" ilə oyunda Davud ehtiyatda qalıb. Bununla da o, PTT 1-ci liqada debüt etməyib. Qapıçımız Türkiyədəki yeganə rəsmi oyununa kubokda çıxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər