David Trezeqe Bakıya gəlir

David Trezeqe Bakıya gəlir
1998-ci ilin dünya, 2000-ci ilin Avropa çempionu, 2006-cı il dünya çempionatının gümüş mükafatçısı, hazırda İtaliyanın “Yuventus” klubunun səfiri kimi fəaliyyət göstərən fransalı sabiq futbolçu David Trezeqe bu gün Bakıya gələcək. 
Ötənlərin məşhur futbolçusunun səfərinin məqsədi Azərbaycanda fəaliyyət göstərən “Yuventus” klubunun “I Gighiti Bianconeri” adlı rəsmi fan klubunun Bakıda AFFA-nın dəstəyi ilə təşkil etməyi planlaşdırdığı “Juventus camp”la bağlı mətbuat konfransında iştirak etməkdi. 
Fan klubun tədbiri martın 11-də Bakı Olimpiya Stadionunda keçiriləcək. D.Trezeqeni “Yuventus” klubunun rəsmi şəxsləri müşayiət edəcək.
Fransalı ulduzun martın 11-də "Hilton" otelində keçiriləcək AFFA-nın Hesabat-Seçki Konfransında da qonaq qismində iştirakı nəzərdə tutulur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər