Daniel Subotiç "Qəbələ"də qalır?

Daniel Subotiç "Qəbələ"də qalır?
Daniel Subotiç "Qəbələ"də qalacaq. Fanat.az xəbər verir ki, hücumçu klub rəhbərliyinin yeni müqavilə təklifini qəbul edib.
Yuri Syominin ölkəmizə gətirdiyi futbolçu hazırda istirahətdədi. Subotiç ölkəmizə qayıtdıqdan sonra yeni müqaviləni imzalayacaq.
Qeyd edək ki, Subotiç "Qəbələ"də 35 oyun keçirib və 13 qol vurub. Xorvatiya əsilli isveçrəli futbolçu Premyer Liqada 12 dəfə fərqlənərək, bombardirlər yarışında yalnız Reynaldo və Vaqif Cavadovdan geri qalıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər