Daha bir qapıçı "Sumqayıt"dan getdi

Daha bir qapıçı "Sumqayıt"dan getdi
"Sumqayıt" daha bir futbolçu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi Anar Nəzirovun "Qəbələ"yə keçidindən sonra daha bir qapıçı ilə vidalaşıb.
Belə ki, "Sumqayıt" Elçin Sadıqova qapını göstərib. "Tavşanlı Linyitspor"dan Andrey Popoviçi heyətinə qatan komandanın heyətində hazırda 19 yaşlı qapıçı Tərlan Əhmədli də yer alıb.
Qeyd edək ki, Elçin cari mövsümdə Premyer Liqda 1 oyuna çıxıb və 45 dəqiqə oynayıb. Kubokda da 1 oyuna çıxan 24 yaşlı qolkiper "Sumqayıt"dan əvvəl "Neftçi"də çıxış edib.
Onu da qeyd edək ki, "Sumqayıt" bundan əvvəl Slavik Alxasov, Zaur Həşimov, Kərim Diniyev, Sabir Allahquliyev, Vüqar Əsgərov, Elşən Abdullayev, Nurlan Novruzov, Ruslan Qurbanov, Orxan Əliyev və Anar Nəzirovla yollarını ayırmağa məcbur olmuşdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər