Daha bir legioner Bakı klubundan getdi

Daha bir legioner Bakı klubundan getdi

Daha bir futbolçu "İnter"ini tərk edir. Fanat.az xəbər verir ki, paraqvaylı futbolçu Sezar Meza Kolli Bakıya qayıtmamaq qərarına gəlib.

Mövsüm bitəndən sonra vətəninə yollanan Meza Kolliyə digər ölkələrdən sərfəli təkliflər var. Paraqvaylı futbolçu həmin təklifləri dəyərləndirmək niyyətindədir.

Qeyd edək ki, Meza Kolli 2013/14 mövsümündən "İnter"də çıxış edir. Bir müddət ağır zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan futbolçu Bakı klubunun heyətində 47 rəsmi oyuna çıxıb və 5 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər