Daha bir komanda Bakıda keçiləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatına vəsiqə əldə edib. Fanat.az xəbər verir ki, bu uğura Fransa yığması atıb.
Əsas seçmə mərhələnin VI qrupunda mübarizə aparan fransızlar ilk turda Yunanıstanı, ikinci turda İslandiyanı 1:0 hesabı ilə yenib. Aktivində 6 xalı olan Fransa son turun nəticəsindən aslı olmayaraq Bakıya vəsiqə qazanıb.
Qrupun digər oyunlarında qalib müəyyənləşməyib. Belə ki, Avstriya - İslandiya və Yunanıstan - Avstriya matçları 0:0 hesabı ilə başa çatıb. Avstriyanın 2, Yunanıstan və İslandiyanın 1 xalı var.
Qeyd edək ki, daha öncə Azərbaycan, Ukrayna, İngiltərə, Hollandiya, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Portuqaliya, İsveç, Belçika, Danimarka və Serbiyanın "Bakı-2016"da iştirakı dəqiqləşib.
Fanat.az