Daha bir futbolçu "Sumqayıt"dan getdi

Daha bir futbolçu "Sumqayıt"dan getdi
"Sumqayıt" daha bir bir futbolçusu ilə yollarını ayırıb. Nurlan Novruzov komandanı tərk edib.
Fanat.az-ın "Bakı"ya yaxın mənbədən aldığı məlumata görə, gənc futbolçu müqavilə ilə məxsus olduğu klubun düşərgəsinə dönüb. Onun "Bakı"da qalıb-qalmayacağına Milinko Pantiç qərar verəcək.
Qeyd edək ki, Nurlan yayda icarəyə verildiyi "Sumqayıt"ın heyətində 15 oyuna çıxıb, 1134 dəqiqə oynayıb və yeganə qolunu "Neftçi"nin qapısına vurub.
Onu da qeyd edək ki, bundan əvvəl "Sumqayıt" Zaur Həşimov, Sabir Allahquliyev və Vüqar Əsgərovla yollarını ayırıb. Slavik Alxasov, Ruslan Qurbanov, Elşən Abdullayev və Kərim Diniyev isə müqavilə ilə bağlı olduqları "Neftçi"yə dönəcəklər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər