Daha bir futbolçu "Qəbələ"dən getdi - RƏSMİ

Daha bir futbolçu "Qəbələ"dən getdi - RƏSMİ
"Qəbələ" daha bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, qarşılıqlı razılıq əsasında Nizami Hacıyevin müqaviləsinə xitam verilib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2013/14 mövsümünün startından "qırmızı-qara" formanı geyinən futbolçu bu müddətdə 36 oyun keçirib, 2293 dəqiqə oynayıb və 2 qol vurub. O, ötən mövsüm Premyer Liqanın bürünc medalını, Azərbaycan Kubokunun gümüş medalını qazanıb.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi əvvəllər "Olimpik" (indiki AZAL), "İnter", "Xəzər Lənkəran" və MOİK klublarında çıxış edib, milli komandada keçirdiyi 3 oyunda 1 qola imza atıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər