"Qəbələ" daha bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, Davron Erqaşev komandanı tərk edib.
Qeyd edək ki, Erqaşev qışda Qazaxıstanın "Jetisu" klubundan "Qəbələ"yə transfer olunub. Tacikistan yığmasının üzvü ölkəmizdə 13 oyuna çıxıb və 936 dəqiqə oynayıb.
Onu da qeyd edək ki, "Qəbələ" bundan əvvəl Yannik Kamanan, Omar Kalabane, Lourival Assis, Marat İzmayılov, David Petrkeviç, Dieqo Koşta, Nikola Valentiç, Elmar Baxşıyev və Abdulvahid Afolabi ilə yollarını ayırıb.
Fanat.az