Daha bir futbolçu Bakı klubundan getdi

Daha bir futbolçu Bakı klubundan getdi

"İnter" daha bir futbolçusu ilə yollarını ayırıb. 

Fanat.az xəbər verir ki, Bakı klubu ukraynalı yarımmüdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb. Klub rəhbərliyi Fomenkoya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Fomenko başa çatan mövsümdə 34 oyuna çıxıb və 4 qol vurub. O, əvvəllər ölkəmizdə AZAL və "Kəpəz"in formasını geyinib.

"İnter" bundan əvvəl Kamran Ağayev, Elşən Poladov, Laşa Kasradze, Laşa Salukvadze və Vüqar Nadirovla yollarını ayırmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər