Daha bir etiraz “Qəbələ”dən gəldi

Daha bir etiraz “Qəbələ”dən gəldi

Premyer Liqanın III turu klubların hakimlərdən narazılıqları ilə zəngin oldu. “Xəzər Lənkəran” “Qarabağ”la matçda Rəhim Həsənovun, “Neftçi” “Simurq” görüşdə Əliyar Ağayevin, “İnter” isə AZAL-la qarşılaşmada Rauf Cabbarovun qərarlarından narazı qalıb. Hər üç klub hakim səhvlərini konkret faktlarla və video-görüntülərlə açıqlayıb.

III turda hakimlikdən narazı qalan daha bir klub “Qəbələ” olub. Fanat.az xəbər verir ki, bölgə təmsilçisi “Sumqayıt”a məğlubiyyətdə Orxan Məmmədovun böyük əməyinin olduğunu düşünür.

“Qəbələ” konkret olaraq həm Məmmədovu, həm də yan xətt hakimi Elşən Acalovu qərəzli idarəçilikdə ittiham edir. Səbəb kimi isə futbolçularına qarşı kobudluqlar zamanı hakimlərin susmasını, əvəzində “Qəbələ”nin 4 üzvünə sarı vərəqə verməsi göstərilir. Klub rəhbərliyinin fikrincə, Vladimir Levinə göstərilən qırmızı vərəqə və təyin olunan penalti haqlı olmayıb. Bundan başqa “Qəbələ”nin iki penaltisi verilməyib. Birincisində, İbrahim Niassenin zərbəsindən sonra top cərimə meydançasında rəqibin əlinə dəysə də, penalti təyin edilməyib. Digər epizodda isə rəqib Viktor Mendini iki əllə yerə yıxsa da, hakimin fiti susub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər