Daha bir dünya ulduzu "Qəbələ"də? Syomin mesaj verdi

Daha bir dünya ulduzu "Qəbələ"də? Syomin mesaj verdi
Rusiya yığmasının daha bir ulduzu "Qəbələ"də çıxış edə bilər. Fanat.az xəbər verir ki, Marat İzmayılovu icarəyə götürən "Qəbələ"də Diniyar Bilyaletdinovun da çıxışı mümkündü.
Belə ki, hazırda Moskva "Spartak"ının formasını geyinən 28 yaşlı yarımmüdafiəçinin yayadək icarəyə verilməsi mümkündü. Rusiya mətbuatının bununla bağlı sualına "Qəbələ"nin baş məşqçisi belə cavab verib: "Düşünürəm ki, Diniyarln böyük seçim imkanı var. Əgər o hər hansı qərara gəlsə, mütləq mənə zəng vuracaq". 
Qeyd edək ki, Bilyaletdinov 2012-ci ildən "Spartak"da çıxış edir. O, əvvəllər Moskva "Lokomotiv"inin və "Everton"un formasını geyinib. Diniyar "Lokomotiv"də Syominin rəhbərliyi altında çıxış edib. Yarımmüdafiəçi indiyədək Rusiya millisində 46 oyun keçirib və 6 qol vurub. "Transfermarkt" ona 3 milyon avro qiymət qoyub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər