Qış fasiləsində klublarımızın etdiyi transferləri diqqətdə saxlayan futbolsevərlər üçün yerli futbolçuların daha səviyyəli çempionatlara yollanması arzudur. Bəs görəsən növbəti müjdə kimdən gələcək? Ümumiyyətlə, bu qış Azərbaycanı tərk edən yerli futbolçu olacaqmı?
Hazırda Portuqaliya “Sportinq”ində olan Budaq Nəsirovun meneceri Vaqif Heydərli Fanat.Az-a açıqlamasında mümkün keçidlərlə bağlı bunları dedi:
“Təbii ki, bu istiqamətdə iş gedir. Bir neçə gəncin səviyyəli çempionatlarda oynamaq perspektivi var. Ancaq konkret danışsaq, qışda hansısa yerli oyunçunun legioner həyatına başlayacaöını gözləməyin. Belə transferlər adətən yayda reallaşır. Bu yay daha bir azərbaycanlı xarici kluba yollanacaq. Adını açıqlamaq istəmirəm. Öz üzərində işləməli, “artırmalıdı”. Gənclərin adını indidən açıqlasaq, inkişafına mane ola bilərik”.
Fanat.Az