Daha bir azərbaycanlı futbolçu Portuqaliya klubunda - FOTO

Daha bir azərbaycanlı futbolçu Portuqaliya klubunda - FOTO

Daha bir azərbaycanlı futbolçu karyerasını xaricdə davam etdirəcək. Fanat.az xəbər verir ki, Budaq Nəsirov da ölkə xaricinə üz tutub.

Fanat.az xəbər verir ki, "Sumqayıt"a məxsus olsa da, son mövsümdə icarə əsasında "Kəpəz"də çıxış edən Budaq Nəsirov Lissabon "Sportinq"inə keçib. Tovuz futbol məktəbinin yetirməsi olan futbolçu bu gün dünya futboluna ulduzlar bəxş edən "Sportinq”lə 5 illik müqavilə imzalayıb. 

Xəbəri futbolçunun keçidinə vasitəçi olan tanınmış FIFA meneceri Vaqif Heydərli təsdiqləyib. Menecer Portuqaliya klubunun prezidentinə onlara göstərdiyi etimada görə təşükkür edib.

Qeyd edək ki, Elnur Cəfərov bu yay Portuqaliyanın "Tondela" klubuna keçib. Ondan başqa daha bir azərbaycanlı futbolçu bu yay Portuqaliyaya üz tutub. Belə ki, Rusiya vətəndaşlığı daşıyan Emin Mahmudov "Boavişta" klubu ilə anlaşıb.

Daha bir azərbaycanlı futbolçu Portuqaliya klubunda - FOTO

Daha bir azərbaycanlı futbolçu Portuqaliya klubunda - FOTO

Daha bir azərbaycanlı futbolçu Portuqaliya klubunda - FOTO

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər