Daha bir azərbaycanlı futbolçu Portuqaliya klubunda

Daha bir azərbaycanlı futbolçu Portuqaliya klubunda

Rusiyanın "Krılya Sovetov" klubundan ayrılan əslən azərbaycanlı futbolçu Emin Mahmudovun yeni iş yeri müəyyənləşib.

Fanat.az xəbər verir ki, 24 yaşlı Mahmudov karyerasını Portuqaliyada davam etdirəcək. O, bu ölkənin "Boavişta" klubu ilə anlaşıb. Hələlik müqavilənin detalları ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, "Spartak"ın sabiq futbolçusu olan Mahmudov "Krılya Sovetov"a transfer olunmuş, son mövsümü isə icarə əsasında "Mordoviya" klubunda keçirmişdi.

Onu da qeyd edək ki, bundan əvvəl millimizin gənc üzvü Elnur Cəfərov Portuqaliyanın "Tondela" klubuna keçib.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər