DÇ: Yunan-Roma güləşçilərimizin ilk rəqibləri məlum oldu

DÇ: Yunan-Roma güləşçilərimizin ilk rəqibləri məlum oldu

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, mundialın son 4 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.

Bu gün püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

55 kq 1/8 final: Eldəniz Əzizli - Koriun Sahradian (Ukrayna)

60 kq Təsnifat: Murad Məmmədov - Kriştian Keçkemeti (Macarıstan)

63 kq 1/8 final: Taleh Məmmədov - Mehmet Çeker (Türkiyə)

67 kq 1/16 final: Həsrət Cəfərov - Peyton Omaniya (ABŞ)

72 kq 1/16 final: Ülvü Qənizadə - İdris İbayev (Almaniya)

77 kq 1/16 final: Sənan Süleymanov - Kayratbek Tuqolbayev (Qırğızıstan)

82 kq 1/16 final: Rafiq Hüseynov - Ranet Kaljola (Estoniya)

87 kq 1/8 final: İslam Abbasov - Laşa Qobadze (Gürcüstan)

97 kq 1/16 final: Murad Lokyayev - Pontus Lund (İsveç)

130 kq 1/8 final: Beka Kandelaki - Stepan David (Çexiya)

Qeyd edək ki, sabah 55, 72, 77 və 82 kq-da çıxış edən güləşçilər xalçaya çıxacaq. Oktyabrın 8-də 60, 97 və 130, növbəti gün isə 63, 67 və 87 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər