DÇ: Azərbaycanın U-23 millisi ilk oyununda məğlub oldu

DÇ: Azərbaycanın U-23 millisi ilk oyununda məğlub oldu

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsindəki ilk matçında uduzub.

Fanat.Az xəbər verir ki, Rəcəb Fərəczadənin çalışdırdığı kollektiv Serbiyanın U-23 yığmasına 1:5 hesabı ilə yenilib.

Yığmanın heyətində yeganə qolu 11-ci dəqiqədə Ziya Məmmədli rəqib qapısından keçirib.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 7-dən 10-dək keçiriləcək. Azərbaycan millisi sabah Hindistan, oktyabrın 9-da Çexiya yığmaları ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər