DÇ-2026 Azərbaycanda keçirləcək? - Nazirdən açıqlama

DÇ-2026 Azərbaycanda keçirləcək? - Nazirdən açıqlama

FİFA-nın yeni prezidenti Canni İnfantino Uruqvaya səfəri zamanı 2026-cı ildə keçiriləcək dünya çempionatı barədə danışıb. 

Fanat.az xəbər verir ki, dünyanın ali futbol qurumunun rəhbəri DÇ-yə ev sahibliyi etmək istəyən ölkələr arasında Azərbaycanın da olduğunu bildirib.

Ancaq Gənclər İdman naziri Azad Rəhimov İnfantinonun fikirlərini təkzib edib. Nazir bildirib ki, Azərbaycan DÇ-yə ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyib.

Qeyd edək ki, İnfantino Azərbaycanın Türkiyə ilə birlikdə möhtəbər yarışa ev sahibliyi etmək istədiyini bildirmişdi. Namizədlər arasında İngiltərə, Qazaxıstan, Avstraliya, Yeni Zelandiya Kanada, Meksika, Kolumbiya, Mərakeş və ABŞ  kimi ölkələr də var. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər