Bu gün futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsində Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda Rumıniya yığması ilə qarşılaşacaq.
Oyun Bakı İdman Sarayında keçiriləcək və saat 20:00-da start götürəcək. Matçı Polşadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşma "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
DÇ-2024, elit mərhələ 15 dekabr
Saat 20.00. Azərbaycan – Rumıniya Hakimlər: Damian Grabovski, Slavomir Steczko, Monika Czudzinovicz Timekeeper: Ramil Namazov (Azərbaycan) Hakim-inspektor: Gjergji Bitri (Malta) UEFA nümayəndəsi: Simeon Tsolakidis (Yunanıstan) Bakı idman Sarayı