Serbiya prezidenti Aleksandar Vuçiç futbol üzrə dünya çempionatının 3-cü yer uğrunda Xorvatiya və Mərakeş arasında keçiriləcək matçda Afrika təmsilçisini dəstəkləyəcəyini bildirib.
Fanat.Az Serbiya mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı maraqlı açıqlaması ilə diqqət çəkib:
"Xorvatiyanı dəstəkləyən hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma heç kim inciməsin, mən Mərakeşi dəstəkləyirəm. Siz qonşularınızı seçə bilməzsiniz, sizi orada Allah yaradır, ancaq dostlarınızı seçə bilərsiniz. Dəniz üçün Xorvatiyaya gedə bilərsiniz, amma mən getməyəcəyəm. Siz Xorvatiyaya dəstək ola bilərsiniz, amma mən dəstəkləmirəm. Onlar bizim qardaşlarımızdır və Kosovonun müstəqilliyini heç vaxt qəbul etməyəcəklər”.
Mirağa