DÇ-2022: Milli Lüksemburqa evdə də uduzdu

DÇ-2022: Milli Lüksemburqa evdə də uduzdu

Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 8-ci sınağında Lüksemburq yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qrupda Azərbaycan millisi 1 xalla sonuncu, Lüksemburq isə 9 xalla 3-cüdür. 

Qeyd edək ki, qrupun digər oyununda Portuqaliya millisi İrlandiyanın qonağı olacaq.

DÇ-2022-nin seçmə mərhələsi A qrupu IX tur

21:00.  Azərbaycan - Lüksemburq 1:3 

Qollar: Azər Salahlı, 82 - Gerson Rodriges, 67, 90+1, Sebastyan Till, 78. Qırmızı vərəqə: Tellur Mütəllimov, 21 (Azərbaycan) Azərbaycan: 12. Şahrudin Məhəmmədliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 17. Tellur Mütəllimov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 9. Renat Dadaşov, 13. Amin Seydiyev, 14. Bəxtiyar Həsənalızadə, 15. Cəlal Hüseynov, 16. Coşqun Diniyev, 20. Mert Çelik, 21. Araz Abdullayev, 22. Rüstəm Əhmədzadə Baş məşqçi: Canni de Byazi

Lüksemburq: 1. Ralf Şon, 2. Maksim Şanot, 8. Kristofer Martins, 9. Danel Sinani, 10. Gerson Rodriges, 11. Yvandro Borqes, 13. Dirk Karlson, 15. Olivye Till, 16. Leandro Barreyro, 17. Mika Pinto, 18. Loren Yans (k) Ehtiyat oyunçular: 12. Tim Kips, 23. Timoti Martin, 3. Florian Bonert, 4. Kevin Malqet, 5. Vahid Selimoviç, 6. Dioqo Pimentel, 7. Erik Veyqa, 14. Mauritse Davill, 19. Aldin Skenderoviç, 20. Matias Olesen, 21. Sebastyan Till, 22. Maykl Omosanya Baş məşqçi: Luk Holtz

Hakimlər: Manuel Şüttenqruber, Roland Brandner, Robert Ştaynaxer, Yulian Vaynberger (hamısı Avstriya) Bakı Olimpiya Stadionu.

Xal durumu: Serbiya - 17 (7 oyuna), Portuqaliya - 16 (6), Lüksemburq - 9 (7), İrlandiya - 5 (6), Azərbaycan - 1 (8).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər