DÇ-2022: Argentina onu itirdi - Yerinə MLS-dən futbolçu çağırıldı

DÇ-2022: Argentina onu itirdi - Yerinə MLS-dən futbolçu çağırıldı

Argentina millisi bu il Qətərdə keçiriləcək dünya çempionatından əvvəl itki ilə üzləşib.

Fanat.Az sözügedən yığmanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Milan "İnter"inin hücumameyilli yarımmüdafiəçisi Xoakin Korrea mundialı kənardan izləmək məcburiyyətində qalıb.

Sol ayağından ciddi xəsarət alan 28 yaşlı hücumçunun yerini ABŞ-ın MLS liqasında çıxış edən "Atlanta"nın hücumameyilli yarımmüdafiəçisi Tiaqo Almada tutacaq.

Qeyd edək ki, DÇ-2022 20 noyabrın - 18 dekabr aralığında keçiriləcək.  C qrupunda yer alan Argentina Meksika, Polşa və Səudiyyə Ərəbistanı iğmüacdilə edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər