DÇ-2018: Azərbaycanın rəqibləri

DÇ-2018: Azərbaycanın rəqibləri
DÇ-2018-in seçmə mərhələsinin əsas püşkatması keçirilib. Fanat.az xəbər verir ki, Sankt-Peterburqun Konstantinovski sarayında baş tutan mərasimdə 5 konfederasiya üzrə püşk atılıb. 
Azərbaycan millisinin də seçmə mərhələdəski rəqiblərinə aydınlıq gətirən püşk 52 yığmanı 9 qrupa bölüb. Bunların 7-də 6, 2-də 5 komanda olub. Qrup qalibləri birbaşa mundiala yüksələcəksə, ikinci yerlərin təşkil etdiyi 4 cütlük "play-off"da oynayacaq. Ən pis göstəriciyə malik 2-ci yer isə final mərhələsində oynamaq şansını itirəcək.
 
Püşk üçün yığmalar FIFA-nın millilərin iyul reytinqinə əsasən, 6 səbətə bölünüb. Azərbaycan yığması 5-ci səbətdə yer alıb. Kimandamız Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marino ilə birlikdə C qrupunda yer alıb.
 
A qrupu: Hollandiya, Fransa, İsveç, Bolqarıstan, Belarus, Lüksemburq.
Bqrupu: Portuqaliya, İsveçrə, Macarıstan, Farer Adaları, Latvia, Andorra.
C qrupu: Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç, Azərbaycan, San Marino.
D qrupu: Uels, Avstriya, Serbiya, İrlandiya, Moldova, Gürcüstan.
E qrupu: Rumınya, Danimarka, Polşa, Çernoqoriya, Ermənistan, Qazaxıstan.
F qrupu: İngiltərə, Slovakiya, Şotlandiya, Sloveniya, Litva, Malta.
G qrupu: İspaniya, İtaliya, Albaniya, İsrael, Makedoniya, Lixteynşteyn.
H qrupu: Belçika, Bosniya və Hersoqovina, Yunanıstan, Estoniya, Estoniya, Cənubi Kipr.
I qrupu: Xorvatiya, İslandiya, Ukrayna, Türkiyə, Finlandiya.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər