Cüneyt Çakır Çempionlar Liqasında

Cüneyt Çakır Çempionlar Liqasında

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb. Fanat.az хəbər verir ki, fevralın 17-də baş tutacaq iki matç türk və ispan hakimlərə tapşırılıb.

Fransanın PSJ və İngiltərənin "Çelsi" klubları arasında baş tutacaq oyunu Cüneyt Çakırın başçılıq etdiyi türk hakimlər briqadası idarə edəcək. Həmin gün "Şaxtyor"la (Ukrayna) "Bavariya" (Almaniya) arasında keçiriləcək oyunda isə ədaləti ispan Alberto Mallenkonun başçılığı altındakı hakimlər briqadası qoruyacaq.

17 fevral

PSJ (Fransa) - Çelsi (İngiltərə)

Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarik Ongün, Mustafa Eyisoy (Türkiyə).

Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Barış Şimşek (Türkiyə).

Paris. "Parc des Princes".

Şaxtyor (Ukrayna) - Bavariya (Almaniya)

Hakimlər: Alberto Mallenko, Roberto Palomar, Raul Martines, Pau Devis (İspaniya).

Əlavə köməkçi hakimlər: Karlos Qomes, Xavyer Estrada (İspaniya).

Lvov. "Lvov Arena".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər