Cud Bellingem diskvalifikasiya edildi

Cud Bellingem diskvalifikasiya edildi

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem İspaniya La Liqasının 27-ci turu çərçivəsində keçirilən oyunda - "Valensiya" ilə matçda (2:2) qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiya edilib.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xatırladaq ki, Bellingem 90+9-cu dəqiqədə Braim Diasın ötürməsindən sonra topu tora göndərmiş, lakin referi Xesus Mansano oyunu bu epizoddan bir neçə saniyə öncə bitirdiyini əsas gətirərək qolu qeydə almamışdı. Ardından isə referi özündən çıxan Bellingem isə meydandan qovulmuşdu. 

Qeyd edək ki, bu heç-heçə sayəsində xal hesabını 66-ya çatdıran "Real" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. İkinci sıradakı "Jirona"nın isə 66 xalı var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər